Məzəli buterbrodlar
Razılaşın ki ,buterbrodlar yeməkdən imtina edən istənilən inadkar balacanı iştaha gətirə bilər.Bu yazinin muəllifi olaraq bütün bunlari şəxsi təcrubəmdən də yaxşı bilirəm. Biz analar korpəmizi iştaha gətirmək üçün necə deyərlər hətta “kəşf ”lərə də hazırıq...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Əgər siz də belələrindənsinizsə o zaman iş başına. “Burlaxatun ” ən avanqard gorünüşlü , biri-birindən maraqlı buterbrodları təqdim edir. Buterbrod hazirlaya-hazırlaya mutəxəssis məsləhəti almaga və bir az da buterbrodların tarixinə nəzər salmağa nə deyirsiz?!
 
Yaşı 450-ni keçən buterbrodlar Nikolay Kopernik tərəfindən gigiyenik məqsədlə “kəsf”olunub. Allenşteyn qəsrində komendant işləyən Kopernik bütün qəsr əhlinin qəribə xəstəliyə tutulduğunun şahidi olur.
 
O da məlum olur ki, xəstəliyə ağ çörəklə qidalananlar tutulur. Çox baş sındırdıqdan sonra komendant başa düşür ki ,qəsr qaranlıq olduğundan çorəyini yerə salan qəsr camaati onun üzərinə yıgılan çirki görmür, odur ki , gigiyenik normalar pozuldugundan xəstəlik tüğyan edir. Kopernik çorəyin üzərinə yag çəkməklə problemi həll edir. Yag yiğilan çirki asandlıqla göstərirdi. 
 
 
Beləliklə Allenşteyn qəsri xəstəlikdən qurtulur , bəşəriyyət buterbrod qazanır. Sendviçlər isə gumarbaz lord Sendviçin adi ilə bağlıdır. Oyun stolundan qalxmamaq üçün hətta yeməyi də oyun stolunun ətrafinda yeyərmiş...
Bu günsə buterbrodlar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib desəm yanılmaram... 
Əgər bir vaxtlar buterbrod dedikdə yalnız çörəyin üzərinə yaxılmış yağ nəzərdə tutulurdusa bu gun qat-qat, açıq və sendviç adlandırdıgımız baglı buterbrod növləri var. Şirin, soyuq, duzlu buterbrod çeşidləri də mövcuddur.
 
Mutəxəssislər buterbrodların qatı tərəfdarı kimi çıxış etməsələrdə , buterbrodla qidalananları qınamırlar da .Sadəcə bəzi tövsiyyələrə əməl etməyə səsləyirlər. Məsələn pendir və yağli buterbrodlar xolesterin mənbəyidir. Ən ideal buterbrod isə qaynadılmış ət və mal dilindən hazırlananlardır. Zulal mənbəyi olan bu buterbrodlar həm dadlı , həm də faydaldır.
Əziz xanimlar toyuq, mal, balıq ətindən və yumutradan hazırladıgınız buterbrodları otaq tempraturunda 2 saatdan artıq saxlamayın. Pendirdən ibarət buterbrodlar kalori mənbəyidir.Odur ki, ən yağsız pendir növünü seçin.
Statistik rəqəmlərə nəzər salsaq bütün dünya üzrə bişirilən çörəyin 50%-i buterbrod hazırlamaq üçün istifadə olunur. İngiltərədə ən populyar buterbrodlar pendirli, Amerikada isə vetçina ilə hazirlananlardır.
 
Əziz ana! Körpən üçün hazırlayacağın buterbrod 50-75 q çörək, 10-15 q yag, 50-60 q digər məhsullardan ibarət olmalıdır.
Kürü, kəsmik, yumurta, tərəvəz çeşidləri, mal, balıq, toyuq əti və s. Hazırlanan sozü gedən təamlar nə qədər sevilsədə əhali arasında buterbrodların ən reytinq qazananı kolbasadan hazırlananlardır. Lakin valideyinlərin də beynində firlanan ilk sual balacaya buterbrod olarmı,sualıdır. Əgər buterbrod kolbasa və sosiskalardan ibarətdirsə daha çox diqqətli olmağımız tələb olunur.
 
 
 
Qida sənayesində çalışan mutəxəssislər ilk növbədə diqqəti kolbasanın istehsalçısına yönəldirlər. Razılaşın ki, heç də bütün kolbasa məhsulları keyfiyyət göstəricilərinə cavab vermir. Ümumiyyətlə isə uşaqlar üçün hazırlanan kolbasa məhsulları üzərində seçiminizi saxlasanız daha doğru olar. Çünki pediatrların ,dietoloqların sərt reaksiyasina baxmayaraq biz valideyinlər yenə də balacanın kolbasa sevgisinə garşi çixa bilmirik... və ya çixmırıq da... 
 
3 yaşına qədər balacanın kolbasadan istifadəsi yol verilməzdir. 5 yaşlı uşağa yalnız həftədə 1-2 dəfə,bir qədər böyük uşağa isə 3-4 günlük fasilə ilə kolbasa vermək olar. Unutmayın ki, həddindən artıq qırmızı, al çəhrayı rəngli kolbasa ziyanlı əlavələrin mövcudluğundan xəbər verir. Bunun nəticəsi olaraq kolbasa rəngini itirmir. Kolbasa və sosiska əzilmiş, buzulmuş vəziyyətdədirsə əmin olun ki, köhnədir. E əmsallı qarışığı olan kolbasaları isə ümimiyyətlə almaq məsləhət görulmür.
 Bəs mutəxəssislər nə deyir? Bu dəfə dəyərli həkim məsləhətləri ilə Kübra Fərəcova adına pediatriya inistitunun tibb elmləri namizədi ,pediatr Naibə Məmmədova böluşəcək: 
 
Uşaqların normal fiziki və əqli inkişafinın əsaslarından biri rasional qidalanmadır. Odur ki, valideyinlər bu məqamı diqqətdən qaçırtmamalıdırlar. Bəzi analar xususi ilə məktəb yaşlı balacanın qida rejiminə dırnaq arası baxmağa başlayır və problemlər də bu zaman yaranır. Məktəb yaşlı uşaqlar gün ərzində 4-5 dəfə qidalanmalıdır. Bu zaman onların gündəlik kalori normasi ödənilməlidir. Qida qəbulları arasındakı zaman fərqi 4-5 saatıi keçməməlidir.

 Övladınızın gündəlik menyusuna zülallar, karbohidratlar, yağlar daxil olmalıdır. Zulallar əsasən süd məhsullarında, ətdə, balıqda, yumurtada olur. Uşaq gun ərzində 0,5l süd, 1 yumurta, 50 q kəsmik,10-15q pendir, 40-60 q balıq,140-220 q ət qəbul etməlidir. 
Məktəb yaşlı uşaqlar çox hərəkətli olduqlarından daha çox enerji sərf edirlər.Bu baxımdan enerji mənbəyi kimi karbohidratlar çox əhəmiyyətlidir. Onların miqdarı zulallardan 4 dəfə çox və tez mənimsənilən olmalıdır. Əfsuslar olsun ki, bəzən karbohidratlara olan təlabat çörək və un məmulatları ilə ödənilir.Bu zaman qidanın tərkibində zülal və yağlar lazimi miqdarda olmazsa uşaqda mubadilə pozğunluğu , boy inkişafinın ləngiməsi, piylənmə, tez-tez xəstələnmə kimi hallar baş qaldırır.
 
 
Əksər analarımız uşaqlarını məktəbə yola salarkən onların çantasına kolbasadan, pendirdən , sosiskadan hazırlanmış buterbrodlar qoyurlar. Bu aclığı söndür üçün ən asand yoldur. Unutmayın ki, konservantlar,xolestirin balacanın saglamlığını təhlükə altında qoya bilər. Xususən ag çörəkdən hazırlanan buterbrodlar zərərlidir. Həmçinin övladınız üçün ən qorxulu buterbrod hisə verilmiş kolbasadan hazırlananlardır.Məhz onlar allergenlər, konservantlar mənbəyidir. Belə buterbrodlarla tez-tez qidalanan uşaqlarda mədə-bagırsaq problemləri olur. Onlar arasında qastritlər, qəbizlik və ya ishal , infeksion xəstəliklər daha çox təsadüf olunur.
 
 
 
Əgər bir vaxtlar mədə və 12 barmaq bagırsağın xora xəstəliyi 14-15 yaşlı uşaqlar arasında geniş yayilmışdısa indi bu xəstəlik 7-8 yaşlı uşaqların problemidir. Hazırda sübut olunub ki, buna səbəb “daha tez hazırlanan ” qidalarin hamburqerlərin, buterbrodların çox istifadəsidir. Bəs nə etməli? Yaxşı olar ki , analar balacaya xeyirli olan qida məhsullarından qaynadılmiş ət və kəpəkli çörəkdən buterbrodlar hazırlasın. Buterbrodlar kəsmik, kürü, kahı və digər faydalı məhsullardan hazırlanarsa balacaya zərəri də minimuma endirilər.
 
 
Əziz analar! Buterbrodu balacaya düzgün təqdim etmək özü də sizdən məharət tələb edir.
Məsələn əgər övladınız kəsmik yeməyi sevmirsə o zaman fantaziyanızı işə salıb ən maraqlı formalı buterbrod vasitəsi ilə balacaya yedirdə bilərsiniz. Məsələn mobil telefon, kirpi, kitab, qatar, it, pişik, avtomobil, gəlincik formalı buterbroddan çətin ki , hansısa balaca imtina edə. ..
  
 
 
 
 
 
Şərhlər (7)

 
2010-10-09
Şirniyyat
 
 
 
 
 
 
 
Problemlərinizi bizimlə həll edin.
Xəbəriniz olsun ki...

 

Gözəl qadın...

Gözəl bədən quruluşu olandır (16)

Gözəl üz cizgilləri olandır (12)

Gözəl xasiyyəti olandır (8)

Gözəl bəxti olandır (12)

Gözəl davranışı və əxlaqı yüksək olandır (52)

Gamidov.com